Qadınların və qızların təhsili üçün dövlət səviyyəsində inklüzivlik fondunun yaradılması təklif olunub

Qadınların və qızların təhsili üçün dövlət səviyyəsində inklüzivlik fondunun yaradılması təklif olunub

Qadınların və qızların təhsil imkanlarının genişləndirilməsi məqsədilə dövlət səviyyəsində praktiki inklüzivlik fondunun yaradılması, həmçinin süni intellekt üzrə tədris metodikalarının məktəb proqramlarına daxil edilməsi təklif olunub.

SİA xəbər verir ki, bu təkliflə afrikalı fəal, gender üzrə məsləhətçi və icma lideri Anais Roxanne Dagrou Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan “Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi” adlı panel sessiyasında çıxış edib.

O bildirib ki, inklüzivlik fondunda toplanan vəsaitlər gənc anaların, əlilliyi olan qızların, eləcə də ucqar kəndlərdə yaşayan qızların savadlılığının artırılmasına yönəldilə bilər.

A.Dagrou, həmçinin süni intellektlə bağlı tədris metodikalarının məktəb proqramlarına daxil edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma şagirdlərin erkən yaşlardan başlayaraq mərhələli şəkildə süni intellektdən istifadə bacarıqlarına yiyələnməsinə imkan verə bilər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə