"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında "Dinamo" ilə qarşılaşacaq

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında "Dinamo" ilə qarşılaşacaq

"Qarabağ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün mübarizəyə start verəcək.

SİA-nın məlumatına görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu kolllektiv Xorvatiya təmsilçisi "Dinamo"nun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

II təsnifat mərhələsinin ilk oyunu "Azərsun Arena"da, saat 15:30-da başlayacaq.

Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə