Şirvan suvarma kanalının yenidən qurulması nəticəsində 105 min 950 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması nəzərdə tutulur.
SİA xəbər verir ki, bu barədə ADSEA-nın media nümayəndələri üçün təşkil etdiyi turun ikinci günündə layihə ilə bağlı məlumat verilib.
Layihənin əsas məqsədi Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Ağsu, Zərdab, İsmayıllı, Şamaxı və Hacıqabul rayonlarında yerləşən əkinə yararlı torpaqların su təminatını yaxşılaşdırmaqdır.
Ümumi uzunluğu 204 kilometr olacaq yeni kanalın maksimal sugötürmə qabiliyyəti saniyədə 180 kubmetr təşkil edəcək. Layihənin həyata keçirilməsi suvarma imkanlarının genişləndirilməsinə və kənd təsərrüfatı torpaqlarının su təminatının yaxşılaşdırılmasına xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB