Cari ilin 9 ayı ərzində Bakı şəhərinin mərkəzi hissəsində başlayıb və bitən, fərdi minik avtomobilləri, taksi, velosiped və skuterlərlə həyata keçirilən səfərlərin 19,7 faizi mikromobillik vasitələrinin payına düşür.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, ötən ilin eyni dövründə bu rəqəm 12 faiz təşkil edirdi.
Paytaxtda mikromobillik zolaqlarının ümumi uzunluğu 67,8 kilometrdir.
Dövlət Proqramına əsasən, zolaqların uzunluğunun 100 kilometrə çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB