“Qadınlar kişilərlə müqayisədə ev işlərinə 3,4 dəfə çox vaxt sərf edirlər” - BMT RƏSMİSİ

“Qadınlar kişilərlə müqayisədə ev işlərinə 3,4 dəfə çox vaxt sərf edirlər” - BMT RƏSMİSİ

Avropa və Mərkəzi Asiyada qadınların ev işlərinə kişilərlə müqayisədə 3,4 dəfə çox vaxt ayırması onların təhsilinə, əmək fəaliyyətinə və karyera imkanlarına təsir göstərir.

SİA xəbər verir ki, bunu BMT-nin Qadınlar üzrə Qurumunun (UN Women) Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin regional direktor müavini Elisa Fernandez Saenz Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi” adlı panel sessiyasında deyib.

O bildirib ki, dünyada ayrı-seçkiliyə səbəb olan normaların aradan qaldırılması və qadınlarla kişilər üçün bərabər imkanların yaradılması vacibdir. Ev işlərinin qeyri-bərabər bölüşdürülməsi qadınların təhsil almasına, işləməsinə və şəxsi karyerasını inkişaf etdirməsinə maneələr yarada bilər.

E.Fernandez Saenz vurğulayıb ki, gənc qadınlara gələcəyin uğurlu iş adamları kimi yanaşmaq və onların inkişafını dəstəkləmək xüsusi əhəmiyyət daşıyır. Bununla belə, dünya təcrübəsi qadınlar və kişilər üçün bərabər imkanların hər zaman təmin olunmadığını göstərir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə