“Münaqişələr qadınların həm işləmək, həm də ailələrinə qayğı göstərmək yükünü artırır” - Vəcihə Harris
Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr qadınların həyatını çətinləşdirir, onların həm əmək fəaliyyəti ilə məşğul olmaq, həm də ailə üzvlərinə qayğı göstərmək məsuliyyətini artırır.
SİA xəbər verir ki, bunu Rumıniyada fəaliyyət göstərən xeyriyyəçi, diplomatik müşavir, “Şəhrizad” Fondunun (Scheherazade Foundation) təsisçisi və prezidenti Vəcihə Harris Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi” adlı panel sessiyasında deyib.
O bildirib ki, dünyada qadınların üzləşdiyi çətinliklərə daha çox diqqət yetirilməlidir. V.Harris Ukraynada müharibə zamanı qadınların tramvay idarə etməsini buna nümunə göstərib.
Onun sözlərinə görə, bu qadınların məsuliyyəti yalnız işləməklə məhdudlaşmır. Onlar eyni zamanda həyat yoldaşlarına və uşaqlarına qayğı göstərməli olurlar. Bəzi hallarda ərləri müharibədə yaralanan qadınlar həm işləmək, həm də ailə üzvlərinə baxmaq məcburiyyətində qalırlar.
V.Harris qeyd edib ki, Bakıda keçirilən forumda dünya üçün aktual və faydalı mövzular müzakirə olunur. Onun fikrincə, tədbirə marağın ildən-ilə artmasının əsas səbəblərindən biri də məhz bu məsələlərin diqqət mərkəzində saxlanılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB