Türkiyənin Çorum şəhərinin Alaca rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. "TRT Haber"in məlumatına görə, avtomobillər Çorum-Yozqat avtomobil yolunun Koçhisar su anbarı yaxınlığında toqquşub. Qəzada sürücü və eyni avtomobildə olan 3 nəfər həyatını itirib. Digər avtomobildəki iki nəfər xəsarət alıb.
Məlumat əsasında qəza yerinə jandarm və tibb qrupları göndərilib. Yaralılar tibb qrupları tərəfindən edilən ilkin müdaxilədən sonra təcili yardım maşını ilə Alaca Dövlət Xəstəxanasına çatdırılıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB