“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit keçirəcək - Məhəmmədəli Xudaverdiyev
Cari ilin noyabr ayında Bakıda “ASAN xidmət” və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə beynəlxalq sammiti keçiriləcək. Tədbir 2024-cü ilin noyabrında Azərbaycan hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunacaq.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev sammitin mahiyyəti, planlaşdırılan tədbirlər və hazırlıq prosesi ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, sammitdə dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi istiqamətində Azərbaycanda həyata keçirilən islahatlar müzakirə ediləcək. Həmçinin iştirakçılar “ASAN xidmət”in fəaliyyəti ilə tanış olacaq, Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Məhəmmədəli Xudaverdiyevin sözlərinə görə, sammitdə BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, təşkilata üzv ölkələrin nazirləri və yüksək vəzifəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər şəxsləri, inkişaf tərəfdaşları, özəl sektor və akademik dairələrin nümayəndələri daxil olmaqla, 200-ə yaxın qonağın iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB