“Azərbaycanın Pekində nümayəndəliyinin açılması Asiya bazarlarına çıxışı genişləndirəcək” - FUAD NAĞIYEV

“Azərbaycanın Pekində nümayəndəliyinin açılması Asiya bazarlarına çıxışı genişləndirəcək” - FUAD NAĞIYEV

Azərbaycanın Pekində nümayəndəliyinin açılması ölkənin Asiya bazarlarına çıxışının genişləndirilməsi və regional tərəfdaşlarla uzunmüddətli əlaqələrin qurulması baxımından əhəmiyyətlidir.

SİA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev PATA Hosted Buyers Summit Baku 2026 tədbirində çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Asiya-Sakit Okean regionu turizm baxımından dinamik inkişaf edən bazarlardan biridir və bu regionla əməkdaşlıq hər iki tərəf üçün yeni imkanlar yarada bilər. PATA isə əlaqələrin möhkəmləndirilməsi və turizm sahəsində tərəfdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır.

Agentlik sədri qeyd edib ki, Azərbaycanın regional əməkdaşlığı bu il də beynəlxalq sərgilər və təqdimat tədbirləri vasitəsilə davam edir. Ölkə ITB China, İndoneziya Travel Expo və Kuala-Lumpurda keçirilən WITEX sərgilərində iştirak edir, eyni zamanda Çin, İndoneziya, Malayziya, Sinqapur, Koreya Respublikası və Yaponiyada tanıtım tədbirləri təşkil edir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə