""ASAN xidmət" təcrübəsi beynəlxalq səviyyədə təşviq olunur" - Məhəmmədəli Xudaverdiyev
“ASAN xidmət” təcrübəsinin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən dörd qitədə təşviqi və bu istiqamətdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin əsas məqsədlərindəndir.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev cari ilin noyabrında Bakıda “ASAN xidmət” və BMT-nin birgə təşkil edəcəyi beynəlxalq sammitin mahiyyəti, planlaşdırılan tədbirlər və hazırlıq prosesi ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, saziş çərçivəsində BMT-yə üzv olan ən az inkişaf etmiş ölkələrin (LDC), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) dövlət qulluqçuları üçün müxtəlif təlimlərin təşkili nəzərdə tutulur. Təlimlər qabaqcıl idarəetmə, dövlət xidmətlərinin göstərilməsi və “ASAN xidmət” modelinin tətbiqi istiqamətlərini əhatə edir.
Məhəmmədəli Xudaverdiyev qeyd edib ki, layihənin icrası çərçivəsində indiyədək “ASAN xidmət” təcrübəsinin beynəlxalq səviyyədə təşviqi məqsədilə bir sıra tədbirlər keçirilib. Belə ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Afrika ölkələri üzrə Afrika İttifaqının mənzil-qərargahında, eləcə də Karib hövzəsi ölkələri üzrə Dominikan Respublikasında beynəlxalq tədbirlər təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB