Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın APA-ya istinadən məlumatına görə hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan “KİA” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.
Qəza zamanı sürücü, 1967-ci il təvəllüdlü B. Nuruyev hadisə yerində ölüb, onun həyat yoldaşı Ə. Nuruyeva isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB