"Gəncə" FIBA Avropa Kubokunda üçüncü oyununa çıxacaq

"Gəncə" FIBA Avropa Kubokunda üçüncü oyununa çıxacaq

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunda bu gün üçüncü oyununa çıxacaq.

SİA-nın məlumatına görə, Murad Dikmənin baş məşqçisi olduğu komanda IV turda Portuqaliyanın "Sportinq" klubunu qəbul edəcək.

Qarşılaşma Gəncə İdman Sarayında, saat 19:00-da start götürəcək.

Xatırladaq ki, "Gəncə" yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və Türkiyənin "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komandanın III turda "Rilski Sportist" (Bolqarıstan) ilə qarşılaşması təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə