Şagirdlərin qiymətləndirilməsi zamanı yalnız imtahan nəticələrinə əsaslanmaq nə dərəcədə doğrudur? - EKSPERT DANIŞDI

Şagirdlərin qiymətləndirilməsi zamanı yalnız imtahan nəticələrinə əsaslanmaq nə dərəcədə doğrudur? - EKSPERT DANIŞDI

Məktəblərdə şagirdlərin qiymətləndirilməsi yalnız imtahan nəticələrinə əsaslana bilməz. Şagirdin bilik və bacarıqları qiymətləndirilərkən onun fərdi qabiliyyətləri, gündəlik dərslərə hazırlığı, dərs zamanı verdiyi cavablar, ev tapşırıqlarını yerinə yetirməsi və dərsdəki fəallığı nəzərə alınmalıdır. Bütün bu göstəricilər ümumiləşdirilərək şagirdin ümumi qiymətləndirilməsi həyata keçirilməlidir.

Bu sözləri SİA-ya təhsil eksperti Ramin Nurəliyev deyib.

O sözlərinə belə davam edib: “Məsələn, şagirdin yalnız rübün sonunda keçirilən kiçik summativ qiymətləndirmə (KSQ) və ya böyük summativ qiymətləndirmənin (BSQ) nəticəsinə əsasən qiymətləndirilməsi, digər günlərdəki fəaliyyəti və biliyi nəzərə alınmadan yekun qərar verilməsi tədris sisteminin mahiyyətinə uyğun deyil.

Buna görə də şagirdin gündəlik dərsə hazırlığı, tapşırıqları vaxtında yerinə yetirməsi, dərs zamanı suallara cavab verməsi və ümumi fəaliyyəti qiymətləndirmə prosesində nəzərə alınmalıdır. İmtahan nəticələrinə əsasən qiymətləndirmə aparmaq mümkündür, lakin qiymətləndirməni yalnız bu nəticələrlə məhdudlaşdırmaq düzgün deyil”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə