"Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır" - PULMONOLOQ
"Pnevmoniya yəni sətəlcəm ağciyər toxumasının infeksion iltihabıdır və bu infeksiya bakterial, viral və ya göbələk səbəblərindən ola bilər. Əgər bu infeksiya kontroldan çıxarsa, yəni orqanizm bu infeksiyaya daha kəskin iltihabi cavab verərsə, o zaman xəstənin həyatı üçün təhlükəli ağırlaşmalar inkişaf edə bilər".
Bu sözləri SİA-ya açıqlamasında Professor, Pulmonoloq Əlizamin Sadıqov bildirib.
Onun sözlərinə görə, bu ağırlaşmalar iki qrupa bölünür: yerli, yəni lokal ağırlaşmalar — infeksiyanın orqan səviyyəsində (ağciyərlərdə) proqressivləşməsi səbəbindən yaranan ağırlaşmalar. Bunlara ağciyər absesi, plevraya maye toplanması və plevranın empieması, həmçinin kəskin respirator distress sindromunun (ARDS) yaranması aiddir:
"İkinci qrup ağırlaşmalara hipoksemiya, yəni qanda oksigenin səviyyəsinin enməsi, sepsis və septik şok, bakteriemiya, yəni infeksiyanın qana yayılması, və bakterial meningit aiddir. Bu ağırlaşmalar sistem ağırlaşmalarıdır. Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır.
Pnevmoniya zamanı yarana biləcək ağırlaşmaları necə əvvəlcədən bilmək olar?
Xəstədə təngnəfəsliyin artması, qanda oksigenin saturasiyasının 94-dən aşağı enməsi, huşun pozulması, döş qəfəsində yaranan ağrı, 3 və ya 4 gün ərzində antibiotiklə müalicəyə baxmayaraq, xəstədə yaxşılaşmanın olmaması.
Ağırlaşmaların qarşısının alınması hansı yollarla mümkündür?
Yaşı 65-dən çox olan insanların hər il qripə qarşı vaksinasiyası, yanaşı xəstəliklərin korreksiyası (şəkərli diabet, böyrək çatışmazlığı, kardiovaskulyar problemlər, qaraciyər çatışmazlığı və sair). Bütün bu qrup xəstələr qripə və pnevmoniyaya qarşı vaksin almalıdırlar. Ətraf mühit havasının və otaq havasının təmizliyi, siqaret çəkməyin dayandırılması və fiziki aktivliyin artırılması".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB