AMB inflyasiya proqnozunu aşağı salıb
Mərkəzi Bankın inflyasiya proqnozunu 0.2 faiz bəndi aşağı dəyişməsinin əsas səbəbi kənd təsərrüfatı istehsalçı qiymətləri indeksinin proqnozlaşdırılandan daha az sürətlə artmasıdır.
SİA xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.
“2027-ci il üzrə inflyasiya proqnozunu 0,1% bənd yuxarı doğru dəyişmişik. Bunun da əsas səbəbi ticarət tərəfdaşlarının inflyasiyasının artması ilə bağlı gözləntisidir. Beynəlxalq Valyuta Fondunun da oktyabr hesabatından görünür ki, 2027-ci ildə illik inflyasiya 3,9%-dən 4,1%-ə reviziya edilib”-deyə Taleh Kazımov qeyd edib.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB