Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində gömrük əməkdaşlarına, onların ailə üzvlərinə və əhaliyə müxtəlif tibbi istiqamətlər üzrə yüksəkixtisaslı mütəxəssislər tərəfindən 24/7 rejimində müasir tibbi xidmətlər göstərilir. Müxtəlif ixtisasları əhatə edən şöbədə müasir diaqnostika imkanları və peşəkar həkim heyəti vasitəsilə pasiyentlərin fərdi ehtiyaclarına uyğun tibbi yanaşma təmin olunur.
Şöbənin fəaliyyətinə kardioloq Dr. Tamilla Əliyeva rəhbərlik edir. Tibbi xidmətlərin statistik göstəricilərinin uçotu, məlumatların təhlili və sistemləşdirilməsi isə həkim-statistik Nanə Daşdəmirova tərəfindən həyata keçirilir. Şöbənin peşəkar tibbi komandasının koordinasiyalı fəaliyyəti, müasir diaqnostika və müalicə imkanları, eləcə də pasiyent məmnuniyyətinə yönəlmiş yanaşma burada göstərilən tibbi xidmətlərin əsasını təşkil edir.
Poliklinika şöbəsində toksikologiya, dermatovenerologiya, endokrinologiya, oftalmologiya, otorinolarinqologiya, üz-çənə cərrahiyyəsi, terapiya, infeksion xəstəliklər, stomatologiya, nevrologiya və funksional diaqnostika istiqamətləri üzrə tibbi xidmətlər həyata keçirilir.
Pasiyentlərin müayinə və müalicəsində toksikoloq-allerqoloq İsmayıl Əfəndiyev, nevroloqlar Dr. Mənsumə Talıbova, uzman həkim-nevroloq Arzu Məhərrəmova və Dr. Lalə İbrahimova, dermatoveneroloq Sevinc Kərimova, endokrinoloqlar Şəbnəm Əlirazyeva və Naidə Novruzova, terapevtlər Nazilə Xəlilbəyova və Xumar Novruzova, otorinolarinqoloq Elvin Əzizov, oftalmoloq Aynurə Əliyeva, Aybəniz Zeynalova, üz-çənə cərrahı Ülviyyə Məmmədova və infeksionist-həkim Mədinə Abdullayeva, stomatoloqlar Əhməd Məmmədov və Rauf fəaliyyət göstərirlər.
Həkimlər hər bir pasiyentin sağlamlıq vəziyyətini və fərdi ehtiyaclarını nəzərə alaraq müvafiq müayinə və diaqnostik yanaşmanı müəyyənləşdirir, müalicə prosesini peşəkarlıqla həyata keçirir və sağlamlığın qorunması, xəstəliklərin vaxtında aşkarlanması və effektiv müalicəsi istiqamətində pasiyentlərə hərtərəfli tibbi xidmət göstərirlər.
Vaxtında həkimə müraciət etmək və tövsiyə olunan müayinələrdən keçmək xəstəliklərin erkən mərhələdə müəyyənləşdirilməsinə, müalicənin gecikdirilmədən başlanmasına və mümkün fəsadların riskinin azaldılmasına imkan yaradır. Müasir tibbi imkanlar, müxtəlif ixtisaslar üzrə çalışan həkimlərin peşəkar fəaliyyəti və pasiyentlərin ehtiyaclarına uyğun xidmətlərin təşkili Poliklinika şöbəsinin fəaliyyətinin əsasını təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB