“Rusiya Ukraynanın Dnepr şəhərində dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib“
Dneprdə dəmir yolu vağzalına dron hücumu: 13 nəfər ölüb
Rusiya Ukraynanın Dnepr şəhərində dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib. Nəticədə 13 nəfər həlak olub, azı 5 nəfər yaralanıb.
SİA xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
“Ukrzaliznıtsya” şirkətinin bildirdiyinə görə, zərbə vağzalın platformalarından birinə düşüb. Həmin vaxt platformada Dnepr–Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli elektrik qatarı olub.
Təhlükə səviyyəsinin yüksək olduğu elan edilsə də, platformada insanların olduğu bildirilir.
Hazırda hadisə yerində xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərirlər.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB