Azərbaycanda valyuta ehtiyatları 89,4 milyard dollara çatıb - TALEH KAZIMOV

Azərbaycanda valyuta ehtiyatları 89,4 milyard dollara çatıb - TALEH KAZIMOV

Azərbaycanda valyuta ehtiyatları 89,4 milyard dollara çatıb

SİA xəbər verir ki, ilin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları 4,3 milyard dollar artaraq 89,4 milyard dollara yüksəlib.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, mövcud valyuta ehtiyatları ölkənin 40 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edir. Həmçinin valyuta ehtiyatları geniş pul kütləsini 3,4 dəfə üstələyir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə