Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin əməkdaşı Dövlət İmtahan Mərkəzinin “Təlimçilər üçün təlim” proqramını uğurla yekunlaşdırıb
20, 21 və 27 oktyabr 2026-cı il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin (ETTM) mütəxəssisi Şəhla Mirzəzadə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən “Təlimçilər üçün təlim” (ToT) proqramında iştirak edərək, proqramı uğurla yekunlaşdırıb.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin 2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə təşkil olunan üçgünlük təlim proqramında peşəkar təlimçi Anar Həsənov iştirakçılara müasir təlim metodologiyaları, təqdimat bacarıqları və auditoriya ilə effektiv kommunikasiya mövzularında nəzəri və praktiki biliklər təqdim edib.
Təlimin yekun mərhələsində Şəhla Mirzəzadə qazandığı təlimçilik bacarıqlarını nümayiş etdirərək, “Bir qərar, min ümid!” şüarı ilə “Könüllü donorluq həyat qurtarır” mövzusunda təqdimatla çıxış edib. Könüllü qan və orqan donorluğunun təşviqinə həsr olunan təqdimatda donorluğa cəlb etmə prosesində məcburiyyətə deyil, məlumatlı və könüllü qərarverməyə şərait yaradılmasının vacibliyi vurğulanıb.
Təlim mövzu ətrafında müzakirə və diskussiyalar, eləcə də xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, ETTM Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının peşəkar inkişafının dəstəklənməsi, onların təlim və tədris ehtiyaclarının qarşılanması, bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Bu baxımdan, Şəhla Mirzəzadənin proqram çərçivəsində əldə etdiyi bilik və bacarıqların Mərkəzi Gömrük Hospitalının əməkdaşları üçün keçiriləcək təlimlərdə tətbiqi ETTM-in tədris fəaliyyətinin daha da inkişaf etdirilməsinə və əməkdaşların peşəkar səriştələrinin artırılmasına xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB