Ceyranbatan qəsəbəsində 8 şagird məktəbdə zəhərlənib

Ceyranbatan qəsəbəsində 8 şagird məktəbdə zəhərlənib

Bu gün Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbindən məlumat verilib.

Bildirilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə