Rusiyada neft zavoduna dron hücumu: yanğın baş verib

Rusiyada neft zavoduna dron hücumu: yanğın baş verib

Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərində neft emalı zavodunun yaxınlığında yanğın baş verib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, dronlar şəhərin sənaye zonasına, o cümlədən Rusiya hava hücumundan müdafiə qüvvələri üçün reaktiv yanacaq istehsal etdiyi bildirilən zavoda hücum edib. Yanğının söndürülməsi istiqamətində tədbirlərin davam etdiyi bildirilir.

İnternetdə yayılan görüntülərdə şəhər üzərində qalın qara tüstünün yüksəldiyi görünür. Yerli ictimai qruplar hücum zamanı şəhərin bəzi ərazilərində elektrik enerjisinin kəsildiyini yazıblar.

Hücumun nəticələri və zavoda dəymiş mümkün ziyanla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə