Bəzi yerlərdə intensiv yağış yağır

Bəzi yerlərdə intensiv yağış yağır

Oktyabrın 30-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar intensivdir. Şahdağda isə arabir qar yağıb.

Düşən yağıntının miqdarı Balakəndə 16, Lerik, Oğuzda 14, Lənkəran, Beyləqan, Qəbələdə 13, Cəlilabad, Astarada 12, Ordubadda 10, Zaqatala, Yardımlıda 9, Ağstafa, Tovuz, Zərdab, Qaxda 8, Ağdam, İmişli, Mingəçevirdə 7, Şəki (Kişçay), Sabirabad, Yevlaxda 6, Tərtər, Goranboy, Sədərək, Şahbuz, Naxçıvanda 5, Biləsuvar, Bərdə, Naftalan, Kürdəmir, Daşkəsəndə 4, Şəmkir, İsmayıllı, Şamaxı, Göyçay, Cəbrayıl, Gədəbəy, Şuşa, Şərur, Culfa, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 3, Kəlbəcər, Füzuli, Neftçalada 2, Qobustan, Xızı, Qusar, Quba, Qrız, Xaltan, Xınalıq, Şirvan, Xaçmaz, Göygöl, Qazax, Zəngilan, Gəncədə 1 millimetrədək qeydə alınır.

Qubadlı, Laçın, Xankəndi, Xocalıda da arabir yağış yağıb.

Kəlbəcər, Şuşa, Xankəndi, Qubadlı, Laçın, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qax (Sarıbaş), Zaqatala, Şəki, Xaltan, Qusar, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə