İkili standartlar və riyakarlıq Avropa üçün normaya çevrilib - TƏHLİL

İkili standartlar və riyakarlıq Avropa üçün normaya çevrilib - TƏHLİL

Dünyada baş verən müharibələr, münaqişələr arasında ən amansızı və dəhşətlisi Rusiya-Ukrayna müharibəsi hesab olunur. Çünki müharibədə ölənlərin, yaralananların və evindən-eşiyindən didərgin düşən insanların sayına görə rekordları qırır. Savaşa qədər Ukraynanın əhalisi 43 milyon idisə, hazırda bu rəqəm 28 milyondur. Eyni ilə Rusiyada da əhalinin sayı kütləvi şəkildə azalır. Müharibə zonasında Rusiya ümumilikdə 1,5 milyona yaxın əsgər və zabitini itirib, 4 milyon 800 min hərbçisi isə yaralanıb, 16 milyona yaxın rusiyalı doğulub, boya-başa satdığı vətənini tərk edib. Bu baxımdan müharibələri araşdıran beynəlxalq təşkilatlar vurğulayırlar ki, Rusiya-Ukrayna müharibəsindən 35 milyona yaxın insan zərər çəkib. Nəzərə alsaq ki, siyasətçilər müharibəni dayandırmaq fikrində deyillər, deməli, hələ yüz minlərlə yarımçıq talelər olacaq. Bu fakt isə müharibəni başlayan Rusiya prezidenti V.Putini heç də narahat etmir. Çünki sakit, təhlükəsiz bunkerində oturub həyatını yaşayır. Aradabir üzə çıxıb, yüksək səviyyəli qorumalar altında, gəzməli-görməli yerlərə səfərlər edib, stresini atır, dincəlir, istirahətini edir. Onu hər gün Ukrayna tərəfindən Moskva, Belqorod, Voronej, Sank-Peterburq, Qroznı və digər Rusiya şəhərlərinə göndərilən dronlarla xarabazarlığa çevrilən yaşayış binaları, neft emalı zavodları, həyatlarını itirən insanların acı taleləri maraqlandırmır. Bir növ xalqın və dövlətin varlığı onun üçün əhəmiyyətsiz görünür.

Rusiyada yaşanan acınacaqlı vəziyyət Ukraynada daha ağır və üzücüdür. Ukrayna ərazisinin az qala 80 faizə yaxını Rusiyanın bombardmanları nəticəsində dağıdılıb. Paytaxt Kiyev Yaponiyanın Xirosimasına bənzəyir. Əhali bədbin və yaşamağa ümidləri olmayan vəziyyətdədir. Ölkə prezidenti hesab olunan V.Zelenski isə problemləri həll etmək, ən azı müharibə zonasında müvəqqəti atəşkəsə nail olmaq gücünə imkanına malik deyil. Çünki savaşın gətirdiyi faciə, həm də ölkənin idarəetməsində xaos və anarxiya yaradıb. Bu fəlakət azmış kimi müttəfiqləri hesab olunan ABŞ və Avropa ölkələri də tədricən Zelenskidən aralanırlar. Hətta ABŞ açıq şəkildə Zelenskidən təslim olmağı və Rusiyanın şərtlərini yerinə yetirməyə çağırır. Təbii ki, Tarmpın Zelenskiyə təslim olmağa çağıran mövqeyində özəl və dövlət maraqları var. Birincisi, D.Tramp prezident seçilənə qədər Rusiyanın yolunu su yoluna döndərmişdir. Onun Moskva, Sank-Peterburq və digər şəhərlərdə böyük şirkətləri olduğu bildirilir. Hətta bəzi xarici KİV-lərin iddialarına görə Tramp Rusiya kəşfiyyatı tərəfindən ələ alınıb. Yəni agent qismində tora salınıb. Məhz buna görə də prezident seçildiyi gündən xarici siyasət məsələrində, xüsusilə də, Avropa-Rusiya, Ukrayna-Rusiya münasibətlərində daha çox rəsmi Kremlin maraqlarından çıxış edir. Tramp açıq şəkildə Ukraynanın məğlub olduğunu və bu baxımdan Rusiyanın işğal etdiyi ərazilərin tanınmasının vacibliyini söyləyir. Bununla yanaşı, Tramp Zelenskini aşağılayan bəyanatlar səsləndirir. Bildirir ki, Ukraynada prezident seçkiləri keçirilmədiyi üçün Zelenskinin legitim prezident olmasına şübhələr var.

Bir qədər əvvəl D.Tramp V.Putinlə ABŞ bazarına dizel yanacağı tədarükü ilə bağlı razılaşma əldə edib. Bu baxımdan Ukrayna prezidentindən Rusiya neft emalı zavodlarına hücum etməkdən çəkinməyi tələb edib. Açıqlanan məlumatlara görə, Rusiya ilə ABŞ arasında 12 trilyon dollarlıq birgə iqtisadi əməkdaşlıq layihəsi barədə razılaşma əldə olunub. Bu layihənin icrası üçün şərait və sabitlik yaranmalıdır. İlk növbədə Rusiyanın maraqları Ukrayna ərazisində təmin edilməlidir. Ona görə də ABŞ prezidenti D.Tramp Putinin maraqlarının təmin olunması üçün Zelenskiyə təzyiqlər göstərir. Təzyiqlərdən bir də ABŞ-ın Ukraynada "Starlink" peyk internet xidmətindən istifadə də məhdudiyyətlər tətbiq etməsidir. Çarəsiz durumda olan Ukrayna prezident V. Zelenski D.Trampın tələbini yerinə yetirməyə məcbur olub. Bundan sonra Ukrayna Rusiya neft emalı zavodlarını raket və dronla vurmağı dayandırıb.

Ukrayna Prezidenti Vladimir Zelenski "Bloomberg" agentliyinə müsahibəsində ABŞ lideri Donald Trampı Kiyevi Rusiyaya təslim olmağa məcbur etməyə çalışmaqda ittiham edib: "Hesab edirəm ki, Ukraynanı təslim olmağa məcbur etmək üçün addımlar atılıb. Düşünmək istəmirəm ki, amerikalı tərəfdaşlarımız müharibənin Ukraynanın hesabına daha tez başa çatdırıla biləcəyinə inanırlar. Amma tam olaraq belə görünür".

Zelenski müsahibəsində onu da qeyd edib ki, D.Trampın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər müqabilində Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq tələbi ilə razılaşıb. O, həmçinin əlavə edib ki, ABŞ Ukraynaya yardım proqramı çərçivəsində nəzərdə tutulan raketlərin çatdırılmasını gecikdirir: "Amerika tərəfi onların yalnız bir hissəsinin çatdırılmasını təsdiqləyib, qalan sorğular isə rədd edilib".

Zelenski Vaşinqtonla gərginliyin artmasını noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkiləri ilə əlaqələndirib. "Seçkilər zamanı siyasət çox aqressiv olur. Sonra vəziyyət sabitləşə bilər".

Ukrayna liderinin sözlərinə görə, ABŞ prezidenti Trampın Vladimir Putinlə "həqiqətən yaxşı" münasibətləri var. "Amma burada nə isə qaydasında getmir. Hazırda Tramp Putini müharibəni dayandırmağa məcbur edə bilmir".

Diqqətçəkən məqam ondan ibarətdir ki, Ukrayna prezidenti V. Zelenskinin Avropanın dövlət başçıları ilə də münasibətləri arzuedilən səviyyədə deyil. Zelenskinin Avropadakı maraqlarına qarşı açıq müqavimət göstərən Macarıstanın baş naziri V.Orban və Serbiya prezidenti A.Vuçiç seçkilər yolu ilə vəzifələrindən uzaqlaşdırılsalar da, Avropada vahid birlik tam formalaşdırmaq mümkün olmayıb. Səbəbi də Avropanın birinci növbədə ikiüzlü və riyakar olmasıdır. İkincisi isə, Avropada Almaniya, Fransa, Niderland kimi faşizmə xidmət edən irticaçı rejimlərin mövcudluğudur. Avropa yanacaq bazarında, xüsusilə dizellə bağlı ciddi problemlərlə yaranması riyakarlıqları və ikiüzlülükləri ilə tanınan Avropa dövlətlərinin əsl simalarını açıq formada nümayiş etdirmələrinə gətirib çıxarıb. Xüsusilə də, payız-qış mövsümü riyakar rejimləri Rusiyaya yaxınlaşmağa məcbur edib. Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Avropanın neft və yanacaqla bağlı ciddi problemləri və bu problemləri Rusiya ilə əməkdaşlıq etməklə həll etmək mümkün deyil. Robert Fitsonun sözlərinə görə, yanacağın qiymətinə Yaxın Şərqdəki münaqişə, Rusiya-Ukrayna müharibəsi və neft məhsullarının ticarət axınlarının dəyişməsi də daxil olmaqla bir sıra geosiyasi amillər təsir göstərir.

Reallıq ondan ibarətdir ki, Avropa ölkələri neft və yanacaqla bağlı ciddi problemlərini həll etmək üçün ardıcıl olaraq Rusiyaya zənglərdir və ya nümayəndələrini elçi qismində Kremlə göndərirlər. Rusiya prezidenti jurnalistlər açıqlamasın da Avropadan ona olan zənglərin bir qisminin sahiblərinin adlarını açıqlayıb. Belə ki, Rusiya prezidenti Vladimir Putin oktyabr 29-da Moskvada keçirilən Rusiya-Afrika Zirvəsindən sonra keçirilən mətbuat konfransında Finlandiya Prezidenti Stubb və Norveçin Baş naziri Störe ilə telefon danışığının təfərrüatlarını bölüşüb. V. Putin ilk öncə jurnalistlərin diqqətinə çatdırıb ki, zəng etmək ideyası avropalılardan gəlib. Amma söhbətin əvvəlində onlar "AB-ni təmsil etmədiklərini" vurğuladılar: "Bilirəm ki, sonradan onlara qarşı tənqidlər olub, amma bunun doğru və ya yanlış olduğunu qiymətləndirmək bizim işimiz deyil. İnanıram ki, bu, doğrudur. Axı Avropada bəziləri kimi Rusiyaya "strateji məğlubiyyət" vermək istəməyən, əksinə, bir növ konstruktiv dialoq qurmaq istəyən insanlar var. Və biz Avropa ölkələri ilə tam və tam hüquqlu münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyirik - ya hamısı ilə birlikdə, tanınmış AB təşkilatı şəklində, ya da ikitərəfli şəkildə. Bizə fərqi yoxdur".

V.Putin onu da bildirib ki, Almaniya, Farnsa, Niniderland, Polşa kimi dövlətlərin başçılarının ara-sıra səsləndirdikləri eyhamlara əsaslanaraq bildirib ki, bəziləri Avropanı Rusiya ilə müharibəyə hazırlaşmağa çağırır. Hətta 2030-cu il tarixini də qeyd edirlər: "Biz Avropa ilə heç bir müharibə istəmirik. Amma ilk növbədə, biz hazırıq." Və kimsə istəyirsə, hazırlaşsın. Amma... onlar hələ Rusiyaya "strateji məğlubiyyət" vurmaq məqsədlərinə çatmayıblar. Və bunun 2030-cu ilə qədər mümkün olması ehtimalı azdır. Əgər onlar həddindən artıq getsələr, qalib olmayacaq. Bunu heç kim unutmasın".

Avropanın dövlət başçılarının Rusiyaya yaxınlaşmaq üçün dəridən qabıqdan çıxmalarını ABŞ-dan sərt münasibət göstərilib. ABŞ-ın maliyyə naziri Skott Bessent Ukraynaya dəstək məsələsində Avropanın ikili mövqe sərgiləməsini də tənqid edib. Skott Bessent NBC telekanalına müsahibəsində Avropa dövlətlərinin Rusiyadan daha çox məhsul idxal etdiyini vurğulayaraq, bunun Moskvanın maliyyələşdirilməsinə töhfə verdiyini bildirib: "ABŞ Rusiyadan cəmi 4 milyard dollar dəyərində məhsul alır. Avropalılar isə bu məbləğdən on dəfədən çox idxal edirlər".

Bessent Avropa ölkələrinin Ukraynaya hava hücumundan müdafiə sistemləri ilə dəstək vermək imkanlarının olduğunu da qeyd edib: "Kiyev hava hücumundan müdafiə dəstəyi istəyəndə avropalıların çoxlu sayda "Patriot" sistemi var. Bəs niyə onları təmin etmirlər?"

Bütün bu kimi hallar onu deməyə əsas verir ki, Avropanın faşist təfəkkürlü dövlət başçıları Ukraynanı müharibə meydanında tək qoyacaqlar. Bu onların xisləti və apardıqları iyrənc siysətlərinin mahiyyətidir. Ukrayna xalqı isə qəhrəman və mübariz xalqdır. Kənar dəstək və yardımlar olmasa belə, Ukrayna işğalla barışmayacaq və torpaqlarının bütövlyü üçün mübarizələrini davam etdirəcəklər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə