Avropa İttifaqı və Kanadadan mühüm RAZILAŞMA

Avropa İttifaqı və Kanadadan mühüm RAZILAŞMA

Avropa İttifaqı (Aİ) və Kanada iqtisadi inteqrasiyanı dərinləşdirmək, təhlükəsizliyi möhkəmləndirmək və strateji sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəliblər. Bu barədə Monrealda keçirilən 21-ci Aİ-Kanada sammitinin yekunlarına dair birgə bəyannamədə bildirilib.

Sənədə əsasən, tərəflər ümumi iqtisadi rifah və təhlükəsizlik məkanı formalaşdırmaq, təchizat zəncirlərinin dayanıqlığını artırmaq, strateji resurs və texnologiyalar üzrə xarici asılılığı azaltmaq niyyətindədirlər.

Xüsusilə, Aİ və Kanada Kanadanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropaya ixrac perspektivlərini araşdırmaq üçün birgə uzunmüddətli tədqiqat aparmaq, eləcə də Avropa investisiyalarının Kanadada kritik əhəmiyyətli xammalın hasilatı və emalı layihələrinə cəlb edilməsini dəstəkləmək barədə razılığa gəliblər.

Müdafiə sahəsində tərəflər təhlükəsizlik və müdafiə tərəfdaşlığı haqqında sazişin icrasını sürətləndirmək, hibrid təhdidlərə, kiberhücumlara və xarici informasiya müdaxilələrinə qarşı mübarizədə əməkdaşlığı genişləndirmək niyyətlərini təsdiqləyiblər.

Bundan başqa, Aİ və Kanada Ukraynaya hərbi, maliyyə, iqtisadi və humanitar dəstəyi davam etdirmək, Rusiyaya qarşı təzyiqləri artırmaq niyyətində olduqlarını bəyan ediblər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə