ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri səbəbindən Səudiyyə Ərəbistanından bəzi diplomatlarını və səfirlik işçilərinin ailə üzvlərini təxliyə edir. SİA xəbər verir ki, müvafiq məlumat departamentin saytında yerləşdirilib.
Bildirilib ki, husilərin S.Ərəbistanında mülki infrastruktura hücumları fonunda təxliyə planı həyata keçirilir.
“ABŞ vətəndaşları hava limanlarına mümkün hücumlara, hava məkanının bağlanmasına, uçuşların ləğvinə və səyahətlərin pozulmasına hazır olmalıdırlar. Səudiyyə Ərəbistanındakı hava limanlarından istifadə etməyi seçsəniz, son dərəcə ehtiyatlı olmağınızı tövsiyə edirik", - Dövlət Departamenti qeyd edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB