Zelenski təhlükəsizlik və gəmiçilik məsələləri üzrə danışıqlar aparmaq üçün İstanbula gəlib
Ukraynanın dövlət başçısı Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təhlükəsizlik, ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsi və Qara dənizdə gəmiçilik məsələlərini müzakirə edəcək.
SİA xəbər verir ki, Zelenski bu barədə İstanbula çatdıqdan sonra öz sosial şəbəkə səhifələrində bildirib.
"Qarşıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mühüm danışıqlar var. Xalqlarımızın müdafiəsinin, Türkiyə ilə dövlətlərarası tərəfdaşlığın və real diplomatik perspektivlərin gücləndirilməsi üçün çalışırıq. Qara dənizdə gəmiçiliklə bağlı vacib məsələlər var", - o yazıb.
Bundan əlavə, səfər çərçivəsində Zelenskinin Ümumdünya Patriarxı Varfolomeylə görüşü planlaşdırılır.
Müəllif: Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB