Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib.

SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur.

Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 21,8 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 18,4 % çoxdur.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə