"Qarabağ" Qəbələdə vacib iki xal itirdi...

"Qarabağ" Qəbələdə vacib iki xal itirdi...

Futbol üzrə Misli Premyer Liqasında 10-cu tur davam edir. SİA xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

“Araz-Naxçıvan” Şamaxıda “Zirə”ni qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Qəbələ” isə doğma divarlar arasında “Qarabağ”ı sınağa çəkib. Olduqca gərgin keçən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bununla da Ağdam təmsilçisi vacib 2 xal itirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə