ABŞ-da təyyarə qəzası - ölənlər var

ABŞ-da təyyarə qəzası - ölənlər var

ABŞ-nin Florida ştatında "Learjet 60" tipli şəxsi təyyarə Palm-Biç dairəsində mobil evlər parkının ərazisində qəzaya uğrayıb. "New York Post"un məlumatına görə, hadisə bazar günü yerli vaxtla saat 13:00 radələrində (Bakı vaxtı ilə 22:00) Qrinakres şəhərində baş verib.

Nəşrin məlumatına görə, yerli hakimiyyət orqanları çoxsaylı zərərçəkənlərin olduğunu bildiriblər. Lakin onların dəqiq sayı açıqlanmayıb. Hadisə zamanı yerdə olan şəxslər arasında ölən və yaralananların olub-olmadığı da məlum deyil.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə