Cari ilin noyabr ayında 10 rayonda vətəndaşlara səyyar ASAN xidmət göstəriləcək.
Bu barədə SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Oğuz, Ağstafa, Şabran, Astara, Ucar və Xırdalanda noyabrın 3-16-da vətəndaşlara səyyar xidmət göstəriləcək.
Həmçinin Xankəndidə noyabrın 3-6-da, Neftçalada 3-13-də, Biləcəridə 12-26-da, Ağdamda 13-26-da, Hacıqabulda isə 17-26-da Səyyar ASAN xidmət baş tutacaq
Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Neftçalada fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.
Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB