ABŞ-da keçiriləcək həlledici aralıq seçkilərindən əvvəlki son həftəsonunda Prezident Donald Tramp Respublikaçılar Partiyasının Konqresdəki üstünlüyünü qoruyub saxlamaq ümidi ilə seçicilərə son müraciətini edib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp ötən seçkilərdə qalib gəldiyi Florida, Ayova və Kanzas ştatlarında mitinqlər keçirib. Bu isə çərşənbə axşamı keçiriləcək səsvermə ərəfəsində Respublikaçılar Partiyasının müdafiə mövqeyində olduğunu göstərir.
Qiymətlərin artmasından narazı olan seçicilərin narahatlığı ilə üzləşən Tramp bu məsələyə dair narahatlıqları azaltmağa və diqqəti Demokratlar Partiyasına yönəltməyə çalışıb. O, Demokratların hakimiyyətə gələcəyi təqdirdə ailələri “maliyyə baxımından müflis edəcəklərini” bildirib.
Rəy sorğuları Demokratlar Partiyasının Konqresdə ən azı qismən nəzarəti ələ keçirmək üçün yaxşı imkanlarının olduğunu göstərir. Bu isə Trampın səlahiyyətlərinə nəzarət mexanizmi rolunu oynaya və onun prezidentlik müddətinin son iki ilində siyasi vəziyyəti dəyişə bilər.
Tramp seçkilər ərəfəsində ölkə boyunca fasiləsiz seçki kampaniyası aparıb. O, hətta əvvəllər Respublikaçılar üçün etibarlı hesab edilən bölgələrdə belə seçicilərlə görüşlər keçirib.
Həftəsonu ərzində Tramp Kanzas, Florida və Ayova ştatlarında təşkil olunan mitinqlərdə, eləcə də Miçiqan, Ohayo və Pensilvaniya da daxil olmaqla bir sıra ştatlarda namizədləri dəstəkləmək məqsədilə keçirilən telefon bağlantılı tədbirlərdə öz partiyasının mövqeyini müdafiə edib.
Əvvəlki seçkilərdə Tramp Florida, Ayova və Kanzas ştatlarında asanlıqla qələbə qazanmışdı. Bir vaxtlar Respublikaçılar Partiyasının etibarlı dayaqları hesab edilən bu ştatlarda seçkilərin son günlərində Trampın səfərlər etməsi isə Konqresə nəzarət uğrunda mübarizədə həmin bölgələrin nə dərəcədə rəqabətli hala gəldiyini göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB