Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” mövzusunda elmi-praktik konfransda iştirak edib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” mövzusunda elmi-praktik konfransda iştirak edib

2026-cı ilin oktyabrın 31-dən noyabrın 6-dək Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” çərçivəsində “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkimi Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqları Mircəlal Kazımi, Kamran Beydullayev, Poliklinika şöbəsinin həkim-infeksionisti Mədinə Abdullayeva, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqları Mehdi Əliyev, Sevda Quliyeva, Xəyal Məmmədov, Ürək-damar Cərrahiyyəsi şöbəsinin ürək-damar cərrahı Kənan Əsədov və Kardiologiya şöbəsinin kardioloqu Günay Hətəmova iştirak ediblər.
“Transplantasiyada anesteziya, intensiv terapiya və reanimasiyanın rolu” mövzusunda keçirilən II sessiyada Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqları Xəyal Məmmədov “Beyin ölümü təsdiqlənmiş donorun intensiv terapiyası: hemodinamik, hormonal və temperatur dəstəyi”, Sevda Quliyeva “Mexaniki qan dövranı dəstəyi sistemlərinin tətbiqində anestezioloji təminat: EKMO, İmpella və LVAD” və həkim-infeksionist Mədinə Abdullayeva “Transplantasiya sonrası intensiv terapiyada infeksiyaların profilaktikası və infeksion nəzarət” mövzularında çıxış ediblər.
Dr.Mircəlal Kazımi və Dr.Tariyel Nadirovun moderatorluğu ilə “Hepatologiya və qaraciyər transplantasiyası” mövzusunda keçirilən V sessiyada kardioloq Günay Hətəmova “Hepatopulmoner sindrom: diaqnostikası,qaraciyər transplantasiyasına göstəriş və əks göstəriş kriteriyaları, müalicəsi” mövzusunda və cərrah-transplantoloq Dr.Kamran Beydullayev “Meyit və ya qaraciyər donoru kim ola bilər?” mövzusunda məruzələrlə çıxış ediblər.
Elmi-praktik konfrans transplantologiyanın aktual məsələlərinin müzakirəsi, multidissiplinar yanaşmaların təkmilləşdirilməsi və mütəxəssislər arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli platforma olub.

Bütün xəbərlər Facebook səhifəmizdə