Göygöldə mühasibin meyiti iş otağından tapıldı -ŞOK!

Göygöldə mühasibin meyiti iş otağından tapıldı -ŞOK!

Göygöldə bələdiyyənin mühasibinin meyiti iş otağından tapılıb. SİA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.

Belə ki, kənd bələdiyyəsinin mühasibi, 1961-ci il təvəllüdlü S. Orucovun meyiti onun iş otağında aşkarlanıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə S. Orucov ürək tutmasından dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə