Noyabrın 3-də Hövsan–Türkan avtomobil yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yolun kanal yaxınlığında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar noyabrın 3-də saat 07:00-dan 23:00-dək nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Sürücülərə alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmək tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB