Yəmənin cənub-qərbində yerləşən Lahic vilayətində husilərin tibb mərkəzinə raket hücumu nəticəsində azı 20 mülki şəxs ölüb və ya yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Anadolu” agentliyi Yəmən hökumətinə bağlı “Saba” telekanalına istinadən bildirib.
Məlumata görə, İranın dəstəklədiyi husilər Lahic vilayətinin əl-Mudariba rayonunda yerləşən Əs-Suqya Sağlamlıq Mərkəzinə raket zərbəsi endiriblər.
Qeyd edək ki, Lahic vilayəti Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərini şimaldan və qərbdən əhatə edir və şəhərin müdafiəsində strateji əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB