Neft sızması ilə əlaqədar Əmirliklərə təhlükə yarana bilər..?

...çünki ölkə içməli suyun böyük hissəsini dəniz suyunun duzdan təmizlənməsi yolu ilə alır
Neft sızması ilə əlaqədar Əmirliklərə təhlükə yarana bilər..?

...Birləşmiş Ərəb Əmirliklərində cümə günündən başlayaraq tankerdən sızaraq yayılan neft ləkəsinin qarşısını almaq üçün səylər göstərilir.

SİA-nın əldə etdiyi məlumata görə, hakimiyyət orqanları bununla bağlı çimərlikləri bağlayaraq, hətta balıqçıları da dənizə çıxmamağa çağırıb.
Hazırda Ras əl-Xayme, Umm əl-Kayvayn və Şarjinin şimalında çimmək qadağandır.

Bu barədə “Vedomosti” yazır.

...Şarci, Acman və Umm əl-Kayveyn sakinləri havada qəribə qoxu olduğunu bildiriblər, lakin Səhiyyə Nazirliyi bu qoxunun sağlamlıq üçün təhlükə yaratmadığına əminliok bildirib.

Qeyd edilir ki, neft sızması BƏƏ üçün ciddi təhlükə yarada bilər, çünki ölkə içməli suyun böyük hissəsini dəniz suyunun duzdan təmizlənməsi yolu ilə alır.

“Al-Arabiya” yazır ki, sahildə yerləşən sənaye də bunun hesabına fəaliyyət göstərir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə