Lamin Yamalın əsl adını atası açıqladı - ŞOK FAKT!

Lamin Yamalın əsl adını atası açıqladı - ŞOK FAKT!

“Barselona”nın ulduz futbolçusu Lamin Yamalın atası Munir Nasraui oğlunun tam adını açıqlayıb. Futbolçunun atası “Aston Villa” ilə oyun öncəsi jurnalistlərlə söhbətində soyadla bağlı yaranan qarışıqlığa aydınlıq gətirib:

“Laminin soyadı Nasraui Ebanadır. Qarışıqlıq yaranmasın deyə bunu qeyd etmək istədim. Lamin Yamal isə onun adıdır”.

Qeyd edək ki, 18 yaşlı futbolçuya ailələrinə çətin dövrdə dəstək olan iki dostun - Lamin və Yamalın adları verilib. Hər iki ad ərəb mənşəlidir. "Lamin" etibarlı və sadiq, "Yamal" isə gözəllik, zəriflik və cazibə mənalarını ifadə edir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə