Rusiyanın Xalq artisti Filipp Kirkorov yenə də Rusiya mediasının diqqətinə düşüb. Məlum olub ki, müğənninin paylaşdığı yeni fotolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə onun burnunun formasındakı dəyişiklik izləyicilərin diqqətindən yayınmayıb. Bir çox istifadəçi Kirkorovun yenidən plastik əməliyyat etdirdiyini iddia edib.
Sosial şəbəkə istifadəçiləri müğənninin burnunu mərhum pop ulduzu Maykl Ceksonun burnu ilə müqayisə edərək, onun Ceksona bənzədiyini yazıblar. Filipp Kirkorov daha əvvəl plastik əməliyyat etdirdiyini etiraf etsə də, jurnalistlərin bu mövzu ilə bağlı suallarını cavabsız qoyub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB