"Qalatasaray" klubunun yeni prezidentinin adına aydınlıq gəlib

"Qalatasaray" klubunun yeni prezidentinin adına aydınlıq gəlib

Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti bəlli olub.

SİA xəbər verir ki, İstanbul təmsilçisinin yeni rəhbəri bu gün keçirilən seçkilərdə müəyyənləşib.

Seçkidə 5 namizəd iştirak edib. "Sarı-qırmızılılar"ın 38-ci prezidenti 5 saat davam edən səsvermədən sonra dəqiqləşib.

Daha çox səs toplayan Burak Elmas “Qalatasaray”ın prezidenti seçilib. O, digər namizədlər - Yiğit Şardan, Eşref Hamamcıoğlu, İbrahim Özdemir və Metin Öztürkü arxada qoyub.

Qeyd edək ki, "Qalatasaray"a 2018-ci ilin yanvarından rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə