“”Prezident Kuboku-2025” beynəlxalq turniri Suqovuşanda sayca 5-ci dəfə keçirilir”. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov Suqovuşanda Ümummilli lider Heydər Əliyevin 102-ci il dönümü münasibəti ilə keçirilən kanoe və avarçəkmə üzrə “Preziden kuboku 2025” beynəlxalq reqatada jurnalistlərə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, burada keçirilən ilk turnirdə cəmi 4 ölkə təmsil olunub: “Hazırda isə bu say 20-ni ötüb. Bu gün qürur hissi ilə bizim qəhrəman igidlərimizin, canını fəda etmiş şəhidlərin hesabına azad olunmuş torpaqlardayıq. Bu torpaqlar 30 il ərzində ermənilərin işğalı altında idi. İndi buradan dünyaya sülh mesajı göndəririk. Bu bir idman hadisəsidir. Həmçinin bunun öz siyasi çəkisi də var. Vaxtı ilə Heydər Əliyev Suqovuşan su anbarının əsasını qoymuşdur. Dahi şəxsiyyət sanki bilirdi bir gün gələcək və torpaqlarımız işğaldan azad olunaraq dünyaya ancaq sülh mesajları verəcək. Həm də sevindirici hal odur ki, gənclərimizin kanoe və avarçəkmə idmanına marağı artır. Onlar böyük həvəslə bu idmanla məşğul olmağa başlayıblar. Burada iştirak edən xarici idmançılar öz ölkələrinə qayıdan zaman bizim bir növ səfirimiz olurlar. Onlar Suqovuşan və digər ərazilərimiz barədə öz fikirlərini səsləndirirlər ki, vaxti ilə işğal altında idi və indi tamamilə dəyişib”.
Bütün xəbərlər Facebook səhifəmizdə