“Qalmaqallı verilişlərə maraq insanların özünü həmin situasiyalarda görməsi ilə artır” -PSİXOLOQ DANIŞDI
“Bəzən insanların bu cür hadisələrə marağının bir neçə psixoloji səbəbi olur. İnsanlar düşünürlər ki, görəsən, bu insan nə yaşayır, onun başına nə gəlib? Təbii olaraq belə hallarda adrenalinin və həyəcanın artması da müşahidə oluna bilər. İnsan sanki hadisənin içində yaşayırmış və ondan ayrılmaq istəmirmiş kimi həmin mövzu haqqında daha çox danışmağa başlayır”.
Bu sözləri SİA -ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.
Onun sözlərinə görə, elə insanlar da var ki, danışarkən emosiyaların, dopaminin və yenilik hissinin təsiri altında olurlar:
” Bu vəziyyətin içərisində müəyyən qədər qalmaqal da gözlənilən olur. Hadisənin dramatik xarakter daşıması isə diqqəti güclü şəkildə özünə cəlb edə bilir.
Digər tərəfdən, biz bəzən görürük ki, uşaqlıqda və ya ailə mühitində çoxsaylı konfliktlərin olduğu şəraitdə böyüyən insanlar sonradan gərginliyə daha çox meylli ola bilirlər. Məsələn, uşaqlıqdan ailə daxilində davamlı müzakirələrin, mübahisələrin şahidi olan insan üçün bu vəziyyət müəyyən mənada tanış mühitə çevrilir. O, sonradan da həmin emosional atmosferi axtara bilər.
Bəzən insanlar bunun qeybət olduğunu da anlamırlar. Çünki qeybətin içərisində neqativlik artdıqca, müsbət məqamlar arxa plana keçir. İnsan daim neqativ məlumatın qarşısında olduqda avtomatik olaraq həmin neqativliyi düşünməyə başlayır. Bu formada böyüyən insanların sonrakı həyatında da qalmaqaldan tamamilə uzaqlaşa bilmədiyini müşahidə etmək mümkündür.
Burada həm sosioloji, həm də psixoloji maraq yaranır: Kim haqlıdır? Sonu necə olacaq? Nə baş verəcək? Bu kimi suallar insanları qalmaqallı hadisələrə daha çox maraq göstərməyə sövq edir. Bəzən bu maraq emosional uyğunluq və ya emosional ehtiyacla da əlaqəli ola bilər.
Ona görə də insanlar arasında qalmaqal olduqda, baxın, efirlərdə belə qalmaqallı verilişlərin izlənmə sayının artdığını görürük. İnsanlar maraqlanırlar ki, sonra nə olacaq. Sanki həmin verilişləri izləyən kütlənin bir hissəsi orada özünü görür.
Daha sakit, emosional baxımdan şəfqətli və empatiya qura bilən insanlar da bu mövzulara maraq göstərə bilirlər. Ona görə də belə maraqların artmasının qarşısını almaq üçün həm dinləyən, həm də bu cür durumları təqdim edən tərəflərin üzərinə müəyyən məsuliyyət düşür”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
2026-cı ilin ən yaxşı orta səviyyəli telefonları açıqlandı...
Texnologiya 21:06The Atlantic: Süni intellektin gələcəyi Çində deyil…
Texnologiya 20:48Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib
Siyasət 20:44“Putin həqiqətən də ağrıyır”...
Dünya 19:51Rusiyanın ən böyük taxıl ticarətçisi işçiləri ixtisara başlayıb...
İqtisadiyyat 19:04Putin və iki kukla arasında saxta danışıqlar...
Dünya 18:49Epik görüş...
Rəy 18:27KİV: Putin Çinə nüvə çantası ilə gedib
Dünya 18:03Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 17:40Putin Çində yalan danışarkən tutuldu...
Dünya 17:24Neft və qaz ixrac edən ölkələr enerji və iqlim məsələlərini müzakirə edib
İqtisadiyyat 17:15Bakıda və rayonlarda külək güclənəcək
Hadisə 16:51Putin Çində AB ölkələrindən danışdı
Dünya 16:47Rusiya müqaviləli əsgərlərin ümidinə qalıb
Siyasət 16:44Ağdamın məskunlaşması uğurla davam edir - MƏQALƏ
Siyasət 16:24İlham Əliyev Latviya Prezidentini təbrik edib
Siyasət 15:20Siyasi komikslər - Asif Adil YAZIR...
Siyasət 14:08Əli Kərimlini Ramiz Mehdiyevin aqibəti gözləyir - TƏHLİL
Siyasət 14:06“PlayStation 5” udmaq istəyirdi, amma “Changan Q07” qazandı
Texnologiya 14:06Tramp Çindədir
Dünya 13:42Sabah 21 dərəcə isti olacaq
Sosial 12:53Milli Məclisin gələn il üçün xərclər smetasına baxılıb
Siyasət 12:12Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8681
-0,14%
-
GBP
2,2436
+0,04%
-
RUB
2,0687
+0,39%



