"Əvvəl onu qeyd edim ki, parkda tapılan banka ilə bağlı məsələ həqiqətə nə qədər uyğundur bilmirəm. Amma işin ikinci tərəfinə gəldikdə isə cadu varmı? Təbii ki, cadu var". Bu sözləri SİA-açıqlamasında "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanları idarəsi, Qazılar şurasının üzvü İlahiyyatçı Rüfət Qarayevin deyib.
Onun sözlərinə görə, İslam dinində cadu olmasa da, dinimiz caduya yox desə də, amma müxtəlif dövrlər, zamanlarda cadu ilə məşğul olan mütəxəssislər olub: "Hətta bu cadulardan Allah Rəsuluda əziyyət çəkmişdir. Allah Rəsulunun səhabələri də bu cadulardan əziyyət çəkib. Təbii ki, dinimizdə cadu etmək Allah tərəfindən bəyənilmir, lənətlənir və Qurani-Kərimin xüsusi olaraq "Nas" və "Fələq" surələri Allah Rəsuluna edilən cadu ilə bağlı nazil olunmuşdur. Burada xüsusi olaraq vəsvəseydən cinlərin və insanların şərindən Allaha sığınmaq bildirilir. Onun üçündə tövsiyyə bundan ibarətdir ki, insanlar maksimum şəkildə cadugərlərdən uzaq olsunlar. Cadunun belə desək hansı əsrə məxsus olması yoxdur. Cadu hər əsrdə və dövrlərdə olub. Bu gündə cadu ilə məşğul olanlar mövcuddur. Hesab edirəm ki, sabah da bu mövcud olacaq. Önəmli olan bu işin haram iş olduğunu, lənət iş olduğunu insanlar dərk edib, bu məsələlərdən hər kəsin uzaq olması tövsiyyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə