"Özümə bir az sərmayə qoymalıyam"

"Özümə bir az sərmayə qoymalıyam"

Keçən il İngiltərənin "Little Mix" qrupundan ayrılan Jesy Nelson solo albom buraxmağa hazırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2011-ci ildə qurulan qrupun digər üzvləri də 10 illik yubileyinə yeni albom hazırlayıblar.

Köhnə dostlar musiqi cədvəllərində yarışacaqlar. Nelson qrupdan ayrılarkən deyib: “Sonsuz gözləntiləri doğrultmaq üçün bir həyatı davam etdirmək psixi sağlamlığımı zəiflədir. Özümə bir az sərmayə qoymalıyam".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə