Məşhur simadan şok dəyişim - FOTOLAR

Türk aktyor İbrahim Büyükak, uşaqlıq sevgilisi Nurdan Beşenlə 2018-ci ildə evlənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar ötən ay oğlu Aslan Oktayı qucaqlarına alıblar. Məşhur cütlüyün körpəsi dünən bir ayını doldurub. 13 kiloqram çəki alan Nurdan Büyükak, artıq 10 kilo arıqlayıb.

Çütlük körpələri Aslan Oktayın bir ayını tortla qeyd edib. Nurdan Büyükak, “Pəhriz saxlamıram. Ana südü verərək arıqladım. Bir müddət sonra daha sıx olmaq üçün idmana başlayacağam" deyib.

Nurdan Beşen şəkildəki şərhində "İlk ayın mübarək, əziz oğlum" ifadələrini işlədib.

Beşenin ailə şəkilləri qısa müddətdə izləyicilərinin böyük marağına səbəb olub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə