Ukrayna Daxili İşlər Nazirliyi 2024-cü ildə silah və döyüş sursatı ilə bağlı cinayətlərin sürətlə artdığını və rekord həddə - 11 minə çatdığını qeyd edib. SİA xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində Ukrayna daxili işlər nazirinin müavini Leonid Timçenko bildirib.
Onun sözlərinə görə, Ukraynada müharibənin 3 ili ərzində silahdan istifadə edilən cinayətlərin sayı 42 dəfə artıb. Belə ki, 2021-ci ildə silah və döyüş sursatı ilə bağlı cinayət cəmi 273 fakt idisə, bu il göstərici 11 mini keçib.
O əlavə edib ki, bu günə olan məlumata görə, 2024-cü ildə artıq 11 489 belə cinayət qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə