Mövsümü Bodrumda açan türk aktrisası Berrak Tüzünataç yaxın dostları Hande Can və aktrisa Duygu Kataqanla birlikdə qayıqla Marmarisə gedib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, ayın əvvəlində Çeşmədə qısa bir tətil edib.

İstanbula qayıdan Berrak 20 günlük fasilədən sonra Çeşmədədir. O, dostları ilə üzməyə gedərkən zarafat edib. Kameraların ona tuşlanmasına baxmayaraq, suda uzun müddət qalmayan Berrak Tüzünataçın əhval-ruhiyyəsi yaxşı idi. Sonda bir qız dostu ilə qum üzərində rəqs edərək şou göstərib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə