"Bu azadlıq, həyəcan və xoşbəxtlik deməkdir"

Türk idmançı Bilge Öztürk 2016-cı ildən Muğlanın Akyaka şəhərində yaşayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, "KiteMercedes Kiteboard" Məktəbində dərs deyir.

Bilge Öztürk idmanla necə maraqlandığını belə izah edib: "14 il əvvəl Havayda tətildə idim. Sahildə kiteboardçuları seyr edərkən ilk baxışdan aşiq oldum. Həyatım dəyişdi. Dərhal dərs almağa başladım və özümü inkişaf etdirəndə Türkiyə və Dünya Çempionatına qatıldım. Mənim üçün bu azadlıq, həyəcan və xoşbəxtlik deməkdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə