Keçmiş futbolçu Sercan Yıldırım sevgilisi Nihan Yönelə evlilik təklifi edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, evlilik yolunda ilk addımı atıb.

Uzun müddətdir yoga təlimçisi Nihan Yönelə aşiq olan Yıldırım, sevgilisinin qapısına gələrək evlilik təklif edib.

Sürpriz təklifdən olduqca təəccüblənən Yönel, təklifi qəbul edib. Cütlüyün bu xüsusi anı sosial mediada böyük diqqət çəkib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə