“Həddindən artıq əzələ qadına yaraşmır” FOTOLAR

Heç bir idmanla məşğul olmayan məşhur müğənni Murat Bozun keçmiş sevgilisi Eliz Sakuçoğlu əzələləri ilə diqqət çəkir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sakuçoğlu "İncə və zərif olmağı hədəfləyirəm" deyib.

Eliz Sakuçoğlunun pilatesdən velosipedə qədər etmədiyi idman növü yoxdur. Genetik olaraq yaxşı əzələ quruluşuna sahib olduğunu söyləyən xanım bunları əlavə edib: “Hansı məşq etsəm, dərhal yaxşı nəticələr əldə edirəm. Ancaq görünüş baxımından həddindən artıq əzələləri qadınlıq simvolu olaraq görmürəm. Bu qadına yaraşmır. Həmişə incə və zərif olmağı hədəfləyirəm. Bütün bunların sonunda pilates, kikboksinq və yoqanın mənim üçün daha uyğun olduğunu anladım”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə