8 gündür alovlarla mübarizə aparan CZN Burak olaraq da bilinən Burak Özdemirin Antalyada çəkdiyi görüntülər sosial media istifadəçilərinin böyük reaksiyasına səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir çox adlar Özdemiri şou göstərməkdə günahlandırıb.

Türkiyə günlərdir bir çox nöqtədə təsirli olan yanğınlarla mübarizə apararkən, bəzi məşhur adlar yanğın bölgələrinə gedərək söndürmə işlərinə dəstək verdilər. Burada paylaşım edən Özdemir, ətrafdakı insanların xəbərdarlıqlarına baxmayaraq ətrafı ev tipi yanğınsöndürən ilə əhatə edən yanğına müdaxilə etdiyi görülüb.

Daha sonra pisləşən məşhur fenomen, təcili yardıma aparılaraq nəzarətə alındığı anları sosial media hesabında paylaşıb. CZN Burak tərəfindən paylaşılan görüntülər sosial medianın gündəmində olub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə